“Bakı Moskvaya inanmır” – “İsgəndər-M Şuşanı yer üzündən silmək üçün atılıb” – Qabil Hüseynli BUCAĞI

“Bakı Moskvaya inanmır” – “İsgəndər-M Şuşanı yer üzündən silmək üçün atılıb” – Qabil Hüseynli BUCAĞI

Hazırda oxunan: “Bakı Moskvaya inanmır” – “İsgəndər-M Şuşanı yer üzündən silmək üçün atılıb” – Qabil Hüseynli BUCAĞI

17811

“Rusiya çox ciddi etimad yetərsizliyinə məhkum olundu. “İsgəndər-M” beynəlxalq konvensiyalara zidd gələn və istifadəsi qadağan olunan dağıdıcı silahlar növünə daxildir.

Rusiya bununla bağlı öz üzərinə beynəlxalq öhdəliklər götürüb. Xüsusilə ABŞ-Rusiya sazişində bu, aydın şəkildə əks olunub.

Kremlin öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi barədə ictimai rəy onsuz da mövcud idi. İndi bu hadisədən sonra sözügedən ictimai rəy daha da möhkəmlənəcək. Üstəlik, insanlar Moskvadan hər cür təhlükəli, bəşəriyyətin maraqlarına zidd olan addımların atılmasını gözləyəcək.

Kreml necə yozursa, yozsun, amma bu raketlərin Rusiyanın Gümrüdəki 102-ci bazasından atıldığı şübhə doğurmur. Həm də bu, İsgəndər-M raketləridir və məqsəd bir erməni generalının dediyi kimi; Şuşanı yer üzündən silmək, oradakı Azərbaycan əsgərlərini o dünyaya göndərmək idi. 

Hazırda ip ucları ortadadır. Qərb ölkələri, ilk növbədə ABŞ bir daha yəqinlik hasil elədi ki, nüvə silahlarına dair, istər uzaq mənzilli, istərsə orta mənzilli, ya da taktiki raketlərə aid Rusiya ilə bağlanmış müqavilələrin demək olar ki, heç biri yerinə yetirilmir”.

Bu sözləri Bizim.Media ilə özəl müsahibə zamanı vurğulayan politoloq Qabil Hüseynli əlavə etdi ki, sadalanan faktlar Rusiya ilə digər dövlətlər arasında qarşılıqlı etimadı sarsıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Azərbaycanın neft kəmərlərini “İsgəndər”lə vuracaqdı - Rusiya mətbuatı


Çünki Rusiyanın bu addımı Kremlin böyük bir məğlubiyyətidir:

“Dünyada Kremlə olan inamın zəifləməsidir. Nəticə etibarı ilə Rusiyaya etibarsız bir tərəfdaş kimi yanaşma halları genişlənəcək. Yəni, bundan sonra Rusiya ilə hər hansı bir müqaviləyə gedəndə “yüz ölç, bir biç” taktikasından istifadə olunacaq”.

Ümumiyyətlə, “İsgəndər-M” qalmaqalının qabardığı dövrdə ortaya başqa hərbi-siyasi cinayətlər də çıxsa, Rusiyanın regiondan uzaqlaşdırılması aktuallaşa bilərmi?

“Bu məsələ daha çox aktuallaşır. Rusiya sülhməramlılarının hərəkətləri aydın şəkildə göstərir ki, Bakı Moskvaya inanmır. Rusiya bölgədə baş verən hadisələrə dair məsələlərdə İrəvanla birbaşa əlaqəyə girir. 

Azərbaycan bölgənin diktə edici və sərəncam verici bir qüvvəsi kimi, bundan sonra Rusiyanın regionda at oynatmasına imkan verməyəcək. Bu perspektivlər aydın görünür”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO