Ailə üzvlərini öldürən Əhməd 10 il əvvəl də cinayət TÖRƏDİB? - Baş Prokurorluqdan AÇIQLAMA

Ailə üzvlərini öldürən Əhməd 10 il əvvəl də cinayət TÖRƏDİB? - Baş Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Ailə üzvlərini öldürən Əhməd 10 il əvvəl də cinayət TÖRƏDİB? - Baş Prokurorluqdan AÇIQLAMA

178088

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun törətdiyi qətllər ölkə gündəmini zəbt edib. Qandonduran olayın təfərrüatları ictimaiyyətdə çaşğınlıq yaradıb. 

İddialara görə ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov hadisəni mülk davasına görə törədib. Paralel olaraq psixoloji problemlərinin də olduğu bildirilən Əhməd Əhmədovun 10 il əvvəl, konkret desək, 15 yaşı olanda da cinayət törətdiyi barədə məlumatlar yayılıb. İddialara görə o, məktəblərdən birində bir nəfəri bıçaqlayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda DƏHŞƏT: 25 yaşlı oğlan ata-anasını və qardaşını qətlə yetirdi


Təbii ki, bunlar ailəni yaxından tanıyanların açıqlamalarıdır. Məsələnin rəsmi təsdiqi hələki yoxdur. 

Məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etdik. Qurumun mətbuat katibi Aysel Həsənova Bizim.Media-ya açıqlamasında bildirib ki, Əhməd Əhmədovun 10 il əvvəl törətdiyi iddia olunan cinayət işi də ötən gün baş verən qətl olayının istintaq gedişində araşdırılacaq. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO