Müğənni Sevda Yahyayeva həyat yoldaşı, həkim - genetik Zakir Bayramovla birgə "qışın oğlan" çağında Taylanda tətilə yollanıblar.
Bizim.Media xəbər verir ki, turistlərin axın etdiyi Phuket adasına gedən ulduz cütlük vəhşi heyvanların saxlanıldığı qədim zooloji parka baş çəkiblər.
Sevda əri Zakirlə birgə pişik nəslinə aid nəhəng pələngin yanına gediblər. Terrariuma daxil olan aşiqlər yırtıcı heyvana sığal çəkib, onunla birgə foto və videolar çəkdiriblər.
Pələngin yanında yaşadıqları həmin qorxu və həyəcan dolu anları isə sosial şəbəkə hesablarında izləyciləri ilə bölüşüblər.
Rəşad Əliyev, Bizim.Media