“Çörək ucuzlaşa BİLƏR” – MÜHÜM PROQNOZ

“Çörək ucuzlaşa BİLƏR” – MÜHÜM PROQNOZ

Hazırda oxunan: “Çörək ucuzlaşa BİLƏR” – MÜHÜM PROQNOZ

177783

Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi 2023-cü ildə un məmulatlarının istehlakını azaldıb. Belə ki, ötən il unun istehsal həcmi illik müqayisədə 2.6 faiz azalaraq 1 mln. 328.75 min tona düşüb.

2022-ci ildə isə ölkəmizdə 1 milyon 365 min tonluq buğda unu istehsal edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Çörəyin qiyməti arta bilərmi? - VİDEO


Unun istehsalının azalması ilə paralel çörəyin həcmi də azalıb. DSK-nin məlumatına görə, ötən il Azərbaycanda çörək istehsalı 3.1 faiz azalaraq 1 milyon 207.15 min tona düşüb. 

Azalmanın səbəbləri nədir? Bu, idxalla, yoxsa daxili istehsalla bağlıdır?

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, un və çörək məhsullarında tələbin qiymət elastikliyi digər un məhsullarına nisbətən aşağıdır:

“Bu da o deməkdir ki, qiymətin artması bu məhsulların istehlakında kəskin dəyişiklik yaratmır. Əgər hansısa məhsulun qiyməti bahalaşarsa, onu almamaq olar. Ancaq çörəyin qiyməti nə qədər artırsa-artsın, istehlakçı onu almalıdır. Azərbaycan vətəndaşlarının çörəyə münasibəti budur. Əksər ölkələrdə də gündəlik rasionu təşkil edən ərzaq məhsullarının, əsasən də çörəyin qiymətində həssaslıq aşağıdır”. 

Ekspert düşünür ki, qiymətin artımı və ya istehsalın təşkilinin dəyişməsi insanların un məhsullarına olan tələbatına və istifadəsinə elə də təsir etmir:

“Bu da əsas məsələ deyil. Ona görə ki, Azərbaycan əhalisinin ərzaq və un məhsullarına olan tələbatının 75 faizi idxalın hesabına ödənilir. Yerli un istehsalının payı isə 25 faiz təşkil edir. Qazaxıstandan, Rusiyadan və Ukraynadan gətirilən ərzaqlıq un məhsulları daha keyfiyyətlidir və biz də bunu rahat şəkildə istehlak etmişik”. 

Ekspert 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində də un və çörəyin qiymətində baş verən bahalaşmanı da xatırladıb:

“Buna görə də əhali un ehtiyatı toplamağa başladı. Ancaq 2022-ci ilin ortalarından qiymətlər tədricən ucuzlaşmağa başladı və beləliklə, ehtiyat toplamağı dayandırdı. 2023-ci ildə isə tamamilə ucuzlaşma baş verdi. Hazırda isə tələbatın və istehlakın azalmasına baxmayaraq, unun və çörəyin qiyməti stabil olaraq qalır. 

Qarşıdakı dövrdə isə hansı proseslərin baş verəcəyini proqnozlaşdırmaq bir qədər çətindir. Bununla belə, ucuzlaşmanın baş verəcəyini güman etmək olar”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO