Ərdoğan: “AKP-nin seçki tədbirinə hücum edənlərdən biri tutulub”

Ərdoğan: “AKP-nin seçki tədbirinə hücum edənlərdən biri tutulub”

Hazırda oxunan: Ərdoğan: “AKP-nin seçki tədbirinə hücum edənlərdən biri tutulub”

177661

Türkiyədə AKP-nin seçki tədbirində silahlı hücumla bağlı saxlanılan var.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünən Küçükçekmece Bələdiyyə Başçı Namizədi Əziz Yeniayın seçki kampaniyası zamanı baş verən iyrənc hücumu qınayır və lənətləyirəm. Lazımi araşdırmalar ciddi şəkildə aparılır. Biri tutuldu, digərlərini də tutacağıq", - Ərdoğan deyib.

Onun sözlərinə görə, terror təşkilatlarına qarşı mübarizə davam etdiriləcək: "Biz Türkiyənin etibarsızlıq mühitinə sürüklənməsinə imkan vermədik və verməyəcəyik".

Qeyd edək ki, fevralın 10-da saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece rayonunda AKP-nin bələdiyyə sədrliyinə iddialısı Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb.

Hücum zamanı E.G.D adlı qadın yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO