Həkim Baydendə demensiya əlamətlərini təsdiqlədi

Həkim Baydendə demensiya əlamətlərini təsdiqlədi

Hazırda oxunan: Həkim Baydendə demensiya əlamətlərini təsdiqlədi

177618

ABŞ Prezidenti Cozef Bayden həqiqətən də yaşla əlaqədar demensiyanın əlamətlərini özünü göstərir.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu fevralın “Fox News”a müsahibəsində Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari deyib.

“Koqnitiv (idrak) tənəzzül gözümüzün qarşısında baş verir. Tutaq ki, beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində çox nəzərə çarpan fərq var. Bu, həqiqətən kədərlidir”, - o deyib.

Həkim xatırladıb ki, hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır.

Makarinin sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var.

O, hesab edir ki, hazırkı Amerika liderinin vəziyyəti çətin ki, sabitləşsin və normallaşsın.

Fevralın 9-da, ABŞ-nin 81 yaşlı Prezidenti Cozef Baydenin həyatı və karyerası ilə bağlı əsas faktları xatırlaya bilməməsini açıqlayan xüsusi prokuror Robert Hyorun hesabatından sonra keçmiş prezidentlər Barak Obama və Donald Trampın həkimi Ronni Cekson Amerika liderini Demokrat Partiyasının prezidentliyə namizəd olmaq niyyətindədirsə, ümumi seçkidən əvvəl zehni qabiliyyət testindən keçməyə çağırıb.

Həkim diaqnoz qoymayıb, lakin etiraf edib ki, Baydenin yaşla bağlı koqnitiv problemləri var: o, qeyri-səlis danışır, harada olduğunu unudur və adları xatırlaya bilmir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO