Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 14-cü Ümumi Yığıncağı keçirilib.
Bizim.Media xəbər verir ki, hesabat xarakterli yığıncaqda AGF-nin İcra Komitəsinin üzvləri, təsisçi qurumların nümayəndələri, federasiya üzvləri və nümayəndələri eləcə də gimnastika növləri üzrə yığma komandaların məşqçiləri və gimnastları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, AGF-nin İcra Komitəsinin üzvü Rauf Əliyev, yığıncaq iştirakçılarını salamlayaraq, idmana və idmançılarımıza daim diqqət və qayğı göstərən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə bütün idman ictimaiyyətini təbrik edib.
Əvvəlcə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri, daha sonra ümumi yığıncağın protokolu və gündəliyi təsdiqlənib.
İclasda federasiyanın baş katibinin 2023-cü ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, paytaxtımızda keçirilən beynəlxalq yarışlar, bölgələrdə yeni gimnastika bölmələrinin fəaliyyəti və AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı video formatda təqdim olunub.
Yığıncaqda AGF-nin ötən il üzrə maliyyə hesabatı da dinlənilib. AGF-nin İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edərək 2023-cü ilin gimnastlarımız üçün uğurlu il olduğunu, qarşıda təmsilçilərimizi daha bir məsuliyyətli Olimpiya ilinin gözlədiyini bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
19:43 / 10.02.2024
Gimnastika Federasiyasının ümumi yığıncağı keçirilib
Hazırda oxunan: Gimnastika Federasiyasının ümumi yığıncağı keçirilib
Hazırda oxunan: Gimnastika Federasiyasının ümumi yığıncağı keçirilib
177575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.