“Meta” şirkəti “Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımları məhdudlaşdırmağa başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Instagram”-ın baş direktoru Adam Mosseri daha əvvəl “Threads”-ı siyasət və xəbərlərin əsas səhifədə dominantlıq etdiyi yerə çevirməyi planlamadıqlarını bildirmişdi.
Şirkət tətbiqlərindəki “Kəşf et”, “Reels”, “Tövsiyələr” üçün alqoritm vasitəsilə siyasi məzmunu məhdudlaşdıracağını açıqlayıb.
Məhdudiyyət ilk olaraq “Instagram” və “Threads”-də, daha sonra “Facebook”-da həyata keçiriləcəyi bildirilib.
Siyasi məzmunla bağlı bu məhdudiyyət yalnız izlənilməmiş hesablardan tövsiyə edilənlərə şamil ediləcək. Əgər izlənilən istifadəçi siyasi yazılar paylaşırsa, bu, lentinizdə görünməyə davam edəcək.
Bizim.Media
![“Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımlar MƏHDUDLAŞDIRILACAQ “Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımlar MƏHDUDLAŞDIRILACAQ](https://bizim.media/file/articles/2024/02/10/1707553222_photo_5348274795638281780_y.jpg)
- A-
- A
- A+
Dünya
12:48 / 10.02.2024
“Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımlar MƏHDUDLAŞDIRILACAQ
Hazırda oxunan: “Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımlar MƏHDUDLAŞDIRILACAQ
Hazırda oxunan: “Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımlar MƏHDUDLAŞDIRILACAQ
177526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.