Litva Prezidenti İlham Əliyevi TƏBRİK EDİB

Litva Prezidenti İlham Əliyevi TƏBRİK EDİB

Hazırda oxunan: Litva Prezidenti İlham Əliyevi TƏBRİK EDİB

177474

Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda dövlətimizin başçısına yeni uğurlar, ölkəmizə davamlı rifah diləyən Prezident Gitanas Nauseda qeyd edib:

“Qəti əminəm ki, Sizin prezidentliyinizin yeni dövründə də Litva ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri, uğurlu ikitərəfli və çoxtərəfli tərəfdaşlıq daha da inkişaf etdiriləcək”.
Prezident Gitanas Nauseda ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, xüsusilə iqtisadiyyat, informasiya texnologiyaları və bərpaolunan enerji sahələrində ikitərəfli təmasların inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə bir daha təbrik edən Litva dövlətinin başçısı yeni mandatın regionda dayanıqlı sülhün qurulması üçün möhkəm təməl olduğunu qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO