Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi – VİDEO 

Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi – VİDEO 

Hazırda oxunan: Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi – VİDEO 

177408

Bakı şəhərinin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində binada yanğın baş verib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi müəyyən edilib. 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 kv.m. olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m. sahədə yanıb. Qonşu mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. 
Mənzilin böyük hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO