ABŞ-da qaradərililərə qarşı daha bir ZORAKILIQ – Bu dəfə leytenantı təhqir etdilər - VİDEO

ABŞ-da qaradərililərə qarşı daha bir ZORAKILIQ – Bu dəfə leytenantı təhqir etdilər - VİDEO

Hazırda oxunan: ABŞ-da qaradərililərə qarşı daha bir ZORAKILIQ – Bu dəfə leytenantı təhqir etdilər - VİDEO

17732

ABŞ ordusunun qaradərili leytenantı Virginiyanın iki polisini məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “trtrussian.com” saytının İnstagram səhifəsində yayılıb.

Mənbə yazır ki, polislər leytenantın avtomobilini saxlayaraq ondan yerə düşməyini tələb ediblər.

O, isə bunun səbəbini soruşduqda “müqavimət göstərdiyinə görə  saxlanılırsan” cavabını veriblər. Qaradərili vətənə layiqli xidmət etdiyini deyib. Bu ifadədən sonra da onlar sakitləşməyiblər, leytenantın üzünə gözyaşardıcı qaz vurublar və elektrik cərəyanı ilə hədələyiblər.

Nəticədə isə leytetantı yerə yıxaraq təhqir ediblər.

Qaradərili hərbçi heç bir qaydanı pozmadığını deyib. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO