Pandemiya dövründə qeyri-neft ixracatımız niyə artıb? – DEPUTAT sərt karantinə qarşı ÇIXDI

Pandemiya dövründə qeyri-neft ixracatımız niyə artıb? – DEPUTAT sərt karantinə qarşı ÇIXDI

Hazırda oxunan: Pandemiya dövründə qeyri-neft ixracatımız niyə artıb? – DEPUTAT sərt karantinə qarşı ÇIXDI

17720

“Pandemiyanın təsirlərinə rəğmən bu ilin birinci rübündə qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 milyon dollar təşkil edib. Bu bütövlükdə müstəqillik illərində ən böyük həcmdə rüblük qeyri-neft ixracatıdır. Pandemiya dövründə qeyri-neft ixracatımızın artması nə ilə bağlıdır?”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

3 ayda qeyri-neft məhsullarının ixracı 500 milyon dolları ötüb - Mikayıl Cabbarov


Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb:

“Qardaş ölkə bu ilin ilk ayında da 36.1 faiz payla Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə olmuşdu. Bu isə ondan xəbər verir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatımızı artırıb.

Qeyd edim ki, bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir. Artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir”. 

İqtisadçı vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq birinci rübdə emaledici məhsulların xaricə satışı artıb:

“Bu isə dəyər ifadəsində ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Bu ilin ilk iki ayında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb.

Bütövlükdə, son statistika göstərir ki, lock-down tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir.

Bu baxımdan pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO