Saat 19.00-da səsvermənin başa çatmasından sonra Gəncə şəhərində yerləşən seçki məntəqələrində də bülletenlərin sayılmasına başlanılıb.
Gəncə şəhəri 38 saylı seçki dairəsinin 24 saylı məntəqəsinin sədri Məlahət Musayeva Bizim.Media-nın Qərb bürosuna açıqlamasında bildirib ki, sözügedən məntəqədə aktivlik yüksək səviyyədə olub.
“Bizim məntəqədə heç bir neqativ hala yol verilməyib. 19.00-da seçkilər bağlı elan edilib. Müşahidəçilərin nəzarəti ilə qutular açılıb və səslərin sayılmasına başlanılıb”, - deyə M.Musayevə bildirib.
Daha ətraflı videoda:
Məqsəd Rəhimov, Bizim.Media, Şimal bürosu