“Taliban” Avropaya ilk dəfə mal ixrac etdi

“Taliban” Avropaya ilk dəfə mal ixrac etdi

Hazırda oxunan: “Taliban” Avropaya ilk dəfə mal ixrac etdi

177056
Əfqanıstanda hakimiyyətdə olan "Taliban” qruplaşması Avropaya ilk dəfə mal ixrac edib.

Sfera.az "Ariana News” telekanalına istinadla xəbər verir ki, Herat vilayətinin Ticarət və İnvestisiya Palatasının rəhbəri Yunus Kazizadənin sözlərinə görə, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən "Lapis-Lazuli” marşrutu ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb.

Püstə, küncüt, zirə, xalça və badamdan ibarət daşınan yüklərin ümumi dəyəri 5 milyon ABŞ dolları qiymətləndirilir.

Telekanalın məlumatına görə, bu mal partiyası "Taliban” ölkədə hakimiyyətə gələndən sonra Əfqanıstandan Avropaya ilk ixracdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO