“Seçici fəallığı sensasion səviyyədə YÜKSƏKDİR” – Sergey Markov 

“Seçici fəallığı sensasion səviyyədə YÜKSƏKDİR” – Sergey Markov 

Hazırda oxunan: “Seçici fəallığı sensasion səviyyədə YÜKSƏKDİR” – Sergey Markov 

177050

"Seçkiləri izləyərkən gördüklərimiz səsvermə fəallığı baxımından qeyri-adidir. Ola bilsin ki, bəzi sensasiyalı nəticələr görəcəyik və seçicilərin yüksək fəallığı birmənalı olaraq sensasiondur. Onların fəallığı əvvəlki seçkilərlə müqayisədə xeyli yüksəkdir".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Vestnik Kavkaza”nın müxbirinə açıqlamasında deyib. 

O bildirib ki, bu, əlbəttə ki, bugünkü seçkilərin unikallığı ilə bağlıdır:

“Bu seçkilər ilk dəfədir ki, Azərbaycanın bütün ərazisində, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda keçirilir. Azərbaycan xalqının uzun onilliklər ərzində can atdığı hədəf nəhayət ki, reallaşdı. Əslində, seçicilər üçün indiki səsvermə Qarabağın Azərbaycan olduğunu bir daha bəyan etmək üçün simvolik yoldur”.

Sergey Markov əlavə edib ki, baş çəkdiyimiz bütün seçki məntəqələrində uzun növbələr var:

“Göründüyü kimi, seçici fəallığının 80%-i keçəcəyini proqnozlaşdırmaq olar”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO