Zabuxda seçici fəallığı müşahidə olunur

Zabuxda seçici fəallığı müşahidə olunur

Hazırda oxunan: Zabuxda seçici fəallığı müşahidə olunur

177038

Laçın rayonunun Zabux kəndində, 121 saylı Laçın seçki dairəsinin 108 saylı seçki məntəqəsində keçirilən prezident seçkilərində seçici fəallığı müşahidə olunur.

Bizim.Media xəbər verir ki, məntəqə sədri Mübariz Rüstəmov AZƏRTAC-a bildirib ki, bu məntəqədə Zabux sakinləri ilə bərabər, ərazidə tikinti-quruculuq işlərində çalışan vətəndaşlar da səs verirlər. Məntəqə üzrə 1494 seçici qeydiyyata alınıb ki, onlardan da 549 nəfəri Zabux sakinidir.

Zabux sakinlərindən ilk dəfə səsvermə hüququna malik olanların sayı 11 nəfərdir. Ən yaşlı seçicisi isə 1934-cü il təvəllüdlü Qasımova Mahı Astan qızıdır.
Hazırda səsvermə prosesi davam edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO