Əbülfəs Qarayev: “Artıq qalib xalq kimi səs veririk”

Əbülfəs Qarayev: “Artıq qalib xalq kimi səs veririk”

Hazırda oxunan: Əbülfəs Qarayev: “Artıq qalib xalq kimi səs veririk”

176987

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev səsvermədə iştirak edib.

Bizim.Media xəbər verir ki, Ə.Qarayev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 9 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

O, saytımıza açıqlamasında bu fikirləri səsləndirib:

“Azərbaycanda ilk dəfə ərazi bütövlüyümüz təmin olunandan sonra bütün ölkə vətəndaşlarımız Prezident seçkilərində iştirak edir. Son 3-4 ildə Azərbaycan xalqının təfəkkürü tamamilə dəyişib. Vaxtilə əziyyət çəkən, sıxılmış bir millət idik. Ancaq bizim hər bir fikrimizin, əməlimizin arxasında Qarabağ mövzusu dayanırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuz qələbə qazandı, xalqımıza sevinc bəxş etdi. Sözsüz ki, bu qələbə xalqımızın təfəkkürünə, düşüncələrinə, daxili dünyasına çox müsbət təsir göstərdi. Artıq qalib xalq kimi səs veririk.

Hesab edirəm ki, indiki məqamda bu seçkinin keçirilməsi çox məntiqlidir. Qonşu ölkələrdə də bu proseslər gedir. Biz sülh sazişinə doğru addım atırıq. Azərbaycan rəhbərliyi bu istiqamətdə çox ciddi işlər görür. Sabah hər hansı bir iddia olmaması üçün Azərbaycan xalqı vahid bir səslə yeni bir mərhələyə - öz prezidentinə səs verməlidir. 
Artıq bundan sonra Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi altında yeni üfüqlərə, layihələrə, qələbələrə doğru hərəkət edəcək”.




Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO