“Dünyada seçkilər milli gündəmin yenilənməsidir. 7 fevraldan sonra yeni gündəlik formalaşır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında prezidentliyə namizəd Zahid Oruc deyib.
“Hesab edirəm ki, bu seçkilərdən sonra Azərbaycana olan beynəlxalq təzyiqlər azalacaq və ya dayanacaq. Ona görə ki, hansısa standartı Avropa ilə müqayisə edəndə görməyən qüvvələr belə xalqımızın bugünkü məntəqələrdə göstərdiyi iradəni görüb dəyərləndirəcəklər. Millətin mövqeyi olan yerdə, kimin qalib gəlməsindən asılı olmayaraq, hamı qalibdir”, - deyə Z.Oruc bildirib.
“Bu yeni dövrün, yeni eranın başlanğıcıdır”, - deyə prezidentliyə namizəd əlavə edib.
Daha ətraflı videoda:
Bizim.Media