Şuşalı seçici:

Şuşalı seçici: "Qoy, bu seçki dövlətimiz üçün uğurlu olsun" - FOTO

Hazırda oxunan: Şuşalı seçici: "Qoy, bu seçki dövlətimiz üçün uğurlu olsun" - FOTO

176931

Bu gün bir şuşalı kimi ikiqat sevinc, qürur hissi keçirirəm. Çünki xəyallarımız gerçəkləşib, Qarabağımıza, Şuşamıza qovuşmuşuq. Çünki prezident seçkiləri ölkəmizin bütün ərazisində keçirilir və mən öz doğma yurdumda səs verirəm.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasında yaradılmış 105 saylı seçki məntəqəsində səs verən Şuşa sakini Elşən İsmayılov deyib.

“Şuşa şəhərində fəaliyyət göstərən modul tipli xəstəxananın təcili yardım briqadasında işləyirəm.

Seçki məntəqəsinə böyük ruh yüksəkliyi ilə gəlib, istədiyim namizədə səs verdim. Məntəqədə səsvermə üçün yaradılan şəraitdən razıyam. Qoy, bu seçki xalqımız və dövlətimiz üçün uğurlu olsun”, – deyə şuşalı seçici bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO