İşğaldan azad edilmiş Xocalı şəhərində ilk dəfə olaraq seçki keçirilir.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də vətəndaşların rahat səs vermələri üçün hər cür şərait yaradılıb.
30 ildən sonra Xocalıda seçki məntəqəsi fəaliyyət göstərir.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 saylı seçki məntəqəsində də seçki fəallığı müşahidə edilir.
Xocalıda vətəndaşlar məntəqəyə gələrək öz namizədlərinə səs verirlər.
Bizim.Media