"Qalatasaray" Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazandı

Hazırda oxunan: "Qalatasaray" Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazandı

176898

Fevralın 6-da Türkiyə Kubokunda 1/8 final mərhələsinin matçlarına start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Qalatasaray" doğma meydanda "Bandırmaspor"la üz-üzə gəlib. Gərgin və maraqlı alınan görüş İstanbul nəhənginin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 26-cı dəqiqədə Davinson Sançes açıb. 10 dəqiqə sonra Halil Dərvişoğlu ikinci topu rəqibin qapısından keçirib. Tete 40-cı dəqiqədə penaltidən komandasının üçüncü qoluna imza atıb. Qonaqların heyətində 45+3-cü dəqiqədə Sergen Pisinsiol "cim-bom"u cəzalandırıb. 77-ci dəqiqədə Remi Mulumba fərqi minimuma endirsə də, 90+5-cı dəqiqədə Karlos Vinisius oyunun yekun nəticəsini müəyyənləşdirib.

Günün digər oyunlarında "Fatih Karagümrük" "Samsunspor"a 2:1, "Ankaragücü" isə "Ərzincanspor"a 5:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıblar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO