Azərbaycanlı seysmoloqlar Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar.
Bizim.Media xəbər verir ki, bununla bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “6 Şubat 2023 Depremleri ve Mühendislik Paneli” mövzusunda keçirilən onlayn iclasda məlumat verib.
Professor iclasda 2023-cü ilin aprel ayında mərkəz əməkdaşları ilə birgə qardaş Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Kahramanmaraş şəhəri və zəlzələnin episentrində olan Pazarcık qəsəbəsində apardıqları qravimetrik, maqnitometrik, mühəndis-seysmik və makroseysmik tədqiqatlardan da söz açıb.
RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən edildiyini bildirən Qurban Yetirmişli deyib ki, gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək ərazinin seysmikliyi qiymətləndiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:45 / 06.02.2024
Seysmoloqlarımız Türkiyənin zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar - FOTO
Hazırda oxunan: Seysmoloqlarımız Türkiyənin zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar - FOTO
Hazırda oxunan: Seysmoloqlarımız Türkiyənin zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar - FOTO
176862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.