Elnarədən Səidəyə CAVAB: “Savadsız və cahil kimi danışır” – VİDEO 

Elnarədən Səidəyə CAVAB: “Savadsız və cahil kimi danışır” – VİDEO 

Hazırda oxunan: Elnarədən Səidəyə CAVAB: “Savadsız və cahil kimi danışır” – VİDEO 

176823

Müğənni Elnarə Xəlilova həmkarı Səidə Sultanın verilişlərin birində söylədiyi “15 il əvvəl zövqlə bağlı mənə sual veriləndə demişəm ki, Elnarənin zövqü yoxdur. O vaxt elə demişdim. Əslində indi də yoxdur. Olanı demişəm. Həmin vaxtdan mənimlə düşmən olub. Düzdür, Elnarədən adama düşmən çıxmaz, ayıb olar. Özünü ağıllı hesab edir və ona görə də elə danışır” sözlərinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Sözbaz” maqazin verilişinə müsahibəsində danışıb. 

Xəlilova ünvanına Sultan tərəfindən söylənilən “zövqsüzdür” kəlməsini absurd adlandıraraq fikirlərini bu mövzuda belə tamamlayıb: 

“Mənim heç kimlə heç bir problemim yoxdur. Nə geyimi, nə yaradıcılığı ilə bağlı... Hər kəsin öz şəxsi işidir. Geyimindən tutmuş ifa etdiyi mahnılara qədər. Mənim nəyimə lazımdır, anam deyil, bacım deyil. Mənə ümumiyyətlə maraqlı deyil... Amma mən hər zaman maraqlı olmuşam. Mənim yadıma gəlmir ki, mən kiməsə qarşı elə savadsız, cahilcəsinə ifadə işlədim ki, “filankəsin zövqü yoxdur”. O nə deməkdir? Çox savadsız və məntiqsiz bir cümlədir. Onun zövqü odur, sənin də zövqün budur. Əgər sənin zövqün onun zövqü ilə üst-üstə düşmürsə, bu o demək deyil ki, sənin zövqün var, onun isə yoxdur. Bu heç də belə deyil”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO