Hazırda yayılan virus ənənəvi, yoxsa xassəsini dəyişmiş qripdir? – Professordan AÇIQLAMA 

Hazırda yayılan virus ənənəvi, yoxsa xassəsini dəyişmiş qripdir? – Professordan AÇIQLAMA 

Hazırda oxunan: Hazırda yayılan virus ənənəvi, yoxsa xassəsini dəyişmiş qripdir? – Professordan AÇIQLAMA 

176813

Son günlər havalar dəyişkən keçdiyinə görə, qripə yoluxma hallarına daha çox rast gəlinir. Yüksək hərarət, öskürək və əzələ ağrıları ilə müşayiət olunan xəstəlik olduqca ağır keçir. Bir çox insanlar günlərlə yataqdan qalxa bilmir, halsızlıq və yüksək qızdırmadan əziyyət çəkir. Ənənəvi qripdən fərqli olaraq insanlar yalnız həkimin təyin etdiyi və ya xəstəxanada müalicə olunduqdan sonra sağala bilirlər. 

Ənənəvi qripdən fərqli olan bu xəstəlik nədir? İnsanlar niyə həmişəkindən fərqli hala düşür? Maraqlıdır, qripin xassəsi dəyişib, yoxsa insanlar dözümsüzləşib?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya hal-hazırda durumun qarışıq olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Su vasitəsilə daha hansı xəstəliklər YAYILA BİLƏR? – Həkimdən qorxunc AÇIQLAMA 


“Pandemiya bitsə də, epidemik ocaqlar və Omicron ştamının mutasiyaya uğramış variantı tüğyan edir. Soyuqdəymə xəstəlikləri də koronavirusun 4 növünə görə baş verir. Digər tərəfdən, koronavirusdan sonra immun sistemində yaranan təlatümlər bu cür infeksiyaların asanlıqla baş alıb getməsinə səbəb olur”. 

Həkimin sözlərinə görə qızılcanın yeni formada virus olaraq xassəsinin dəyişməsi də xeyli problem yaradır:

“Bütün bu stiuasiyalar insanlarda çaşqınlıq yaradır. Qeyd edim ki, buna görə də Ümumdünya Səhiyyə Təşkilatının vaksinasiya çağırışına qulaq asmaq lazımdır. Xüsusilə uşaqlar vaxtında peyvənd olunmalıdırlar. Eyni zamanda, hər kəs şəxsi gigiyena qaydalarına əməl etməlidir ki, yoluxma azalsın. Yoluxan şəxslər isə yataq rejminə keçməli və tam sağalana qədər ayağa qalxmamalıdırlar” – deyə, Adil Qeybulla bildirib.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO