Sergey Şoyqu 12 gündən sonra üzə çıxdı

Sergey Şoyqu 12 gündən sonra üzə çıxdı

Hazırda oxunan: Sergey Şoyqu 12 gündən sonra üzə çıxdı

176705
Rusiyanın müdafiə naziri Sergey Şoyqu 12 gündən sonra üzə çıxıb.

Sfera.az xəbər verir ki, günlərlə harada olduğu məlum olmayan Sergey Şoyqu haqqında bir sıra iddialar irəli sürülürdü.

Şoyqu 12 gün sonra Təhlükəsizlik Şurasının iclasına qatılıb. Ekranlarda tez-tez görünən Şoyqunun yoxa çıxması spekulyasiyalara səbəb olsa da, bir çoxları Ukraynadakı uğursuzluğa görə Şoyqunun Putin tərəfindən işdən çıxarıldığını iddia edirdi. Bəziləri isə Şoyqunun xəstə olduğunu bildirirdi.

Bütün bu fərziyyələrdən sonra Şoyqu Putinin təşkil etdiyi Təhlükəsizlik Şurasının iclasına qatılıb. Əvvəlki bütün görüşlər Rusiya mətbuatında hərtərəfli işıqlandırılsa da, bugünkü görüşün yalnız bir hissəsi yayımlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO