Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü işdən çıxıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü işdən çıxıb

Hazırda oxunan: Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü işdən çıxıb

176689

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sabir Bilalov işdən çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə S. Bilalov özünün “Facebook” hesabında məlumat verib.

“Əziz dostlar, hörmətli media nümayəndələri! Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsindən öz istəyimlə ayrıldım. Qurumun fəaliyyəti ilə bağlı sualları və sorğuları  artıq mən cavablandırmıram. Xahiş edirəm nəzərə alasınız”, - deyə Sabir Bilalov qeyd edib.
Qeyd edək ki, S.Bilalov bu vəzifəyə ötən ilin iyun ayında təyin edilmişdi.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO