Luqansk vilayətinin işğal altındakı Lisiçansk şəhərinə Ukrayna ordusu raket zərbəsi endirib. Nəticədə 28 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qondarma vilayət rəhbəri açıqlayıb.
Xatırladaq ki, ötən gün işğal altındakı Luqansk vilayətinin qondarma rəhbərliyi nəzarəti altındakı Lisiçanskda çörəkxanaya zərbə endirildiyini açıqlayıb.
Qeyd edək ki, 2022-ci il iyulun 3-də Rusiya ordusu Ukraynanın Lisiçansk şəhərini zəbt edib. Şəhər uğrunda davam etmiş döyüşlər ərzində yaşayış məntəqəsi qismən dağılıb.
Bizim.Media