Yəmən mətbuatında prezident seçkiləri haqqında məqalə dərc OLUNUB 

Yəmən mətbuatında prezident seçkiləri haqqında məqalə dərc OLUNUB 

Hazırda oxunan: Yəmən mətbuatında prezident seçkiləri haqqında məqalə dərc OLUNUB 

176413

Yəmənin ANN informasiya agentliyinin saytında fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri haqqında analitik məqalə dərc olunub. 

Bizim.Media secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə oxucuların diqqətinə çatdırılır ki, növbədənkənar Prezident seçkiləri Azərbaycan Ordusunun 2020-ci ildə başlatdığı 44 günlük Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin və ərazi bütövlüyü tam təmin edildiyi şəraitdə baş tutacaq. 

“2023-cü il sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı bütün erməni separatçılarını təslim olmağa məcbur etdi və 30 illik işğaldan sonra Xankəndidə Azərbaycanın üçrəngli Bayrağı dalğalandı. Bununla da Cənubi Qafqaz regionunda yaranmış yeni siyasi reallıq daha da möhkəmləndi”, -deyə yazıda qeyd olunur. 

Məqalədə diqqətə çatdırılır ki, seçkilərdə 7 nəfər prezidentlik uğrunda mübarizə aparacaq. 

Yazıda vurğulanır ki, növbədənkənar Prezident seçkilərində qalib gələcək namizədin qarşıdakı dövrə Azərbaycanın davamlı inkişafına, müdafiə qabiliyyətinin daha da artırılmasına, xalqın milli birliyinin möhkəmləndirilməsinə əsaslanan yeni milli doktrina ilə başlayacağı gözlənilir. 

Məqalədə, həmçinin növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın xarici ölkələrdə, o cümlədən ərəb dövlətlərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə seçki məntəqələrinin yaradılması barədə də məlumat verilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO