Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı həbs edilən “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı və faktiki sahibi, ATV-nin eks-prezidenti Tağı İbrahimovla bağlı sensasion faktlar üzə çıxıb.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, partlayışdan öncə Tağı İbrahimov Badamdar Kompleksində yerləşən "Pullman Baku" (əvvəlki adı: "Kempinski Hotel Badamdar") otelinin 15-ci mərtəbəsini şəxsi istirahət məqsədi üçün aylıq icarəyə götürüb.
MÖVZU İLƏ BAĞLI:
Nazim İbrahimovun qardaşı 10 nəfərin ölümünə görə HƏBS OLUNDU
İddialara görə, Tağı İbrahimov həmin məkanın icarəsi üçün aylıq on minlərlə vəsait ödəyirmiş. Həmçinin, sözügedən məkanda tez-tez kef məclisləri təşkil edirmiş.
Bundan başqa, Tağı İbrahimov son illər avtomobilində ovçular mağazasından aldığı ov silahları gəzdirirmiş.
Qeyd edək ki, yanan mebel sexinin təsisçisi Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və "Avesta" şirkətinin sabiq prezidenti hacı İbrahim Nehrəmlinin qardaşıdır.
Bizim.Media