Kurtinaytisdən uğurlu debüt, “Neftçi”dən rahat qələbə - FOTO

Kurtinaytisdən uğurlu debüt, “Neftçi”dən rahat qələbə - FOTO

Hazırda oxunan: Kurtinaytisdən uğurlu debüt, “Neftçi”dən rahat qələbə - FOTO

176333

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun iki oyunu baş tutub.

Bizim.Media xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilmiş günün ilk oyununda "Sərhədçi" və "Sabah" klubları üz-üzə gəliblər. 

Litvalı Rimas Kurtinaytisin başçılığı ilə ilk oyununa çıxan çempionatın lideri "Sabah" rəqibi üzərində 96-71 hesablı rahat qələbə qazanıb. 

Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Cəbrayıl Əkbərov - 15 xal, 4 ribaund), "Sabah" (Desmond Kembric - 18 xal, 7 asist)

Günün ikinci oyununda yeni transferləri ilə güclənmiş "Neftçi", çempionatın aşağı pillələrində qərarlaşmış "Sumqayıt" klubu ilə qarşılaşıb və 113-96 hesablı rahat qələbəyə sevinib. 
Ən məhsuldar basketbolçular: "Neftçi" (DiAncelo Styüart - 24 xal, 4 asist), "Sumqayıt" (Lenard Dikson - 29 xal, 6 ribaund)



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO