YENİ QƏRAR: Bu şəxslərin qazı kəsiləcək – VİDEO 

YENİ QƏRAR: Bu şəxslərin qazı kəsiləcək – VİDEO 

Hazırda oxunan: YENİ QƏRAR: Bu şəxslərin qazı kəsiləcək – VİDEO 

176220

Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu aydan etibarən fərdi yaşayış evlərində və mənzillərdə texniki müayinələrin aparılmasına başlanıb. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, ilkin mərhələdə düzgün qaydalara əməl edilməsi üçün vətəndaşlara xəbərdarlıq olunacaq. Əgər problem həll olunmasa, bu zaman həmin abonentlərin 30 gün ərzində qazları kəsiləcək. 

“Azəriqaz” İB-nin şöbə rəisi İlkin Behbudov hamam otaqlarında qaz detektorlarından istifadə etməyin lazım olduğunu da bildirib. 
“Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri həmçinin suqızdırıcıların yalnız mətbəxlərdə xüsusi tələblər olduğu halda quraşdırlmasına icazə veriləcəyini qeyd ediblər. 

Qeyd edək ki, suqızdırıcıların bir mətbəxdə quraşdırılması üçün 21 kub metr həcm tələb olunur. Əgər həcm buna uyğun gəlməsə, vətəndaşların elektrikli suqızdırıcılarından istifadə etməsi məsləhət görülür. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO