Türkiyədə terrorçularına qarşı əməliyyatlar davam etdirilir. Xüsusi xidmət orqanları Ankarada İŞİD ilə əlaqədə şübhəli bilinən 15 əcnəbini saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
“Ankara Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində İŞİD Silahlı Terror Təşkilatının tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 15 əcnəbi vətəndaş saxlanılıb.
Biz ilin 365 günü, 4 mövsüm, 12 ay, gecə-gündüz terrorla mübarizə əməliyyatları təşkil edirik. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək”, - deyə nazir qeyd edib.
Bizim.Media