“Kameralar heç bir halda səsvermə kabinələrinə yönələ bilməz

“Kameralar heç bir halda səsvermə kabinələrinə yönələ bilməz" - Rövzət Qasımov

Hazırda oxunan: “Kameralar heç bir halda səsvermə kabinələrinə yönələ bilməz" - Rövzət Qasımov

176124

"Veb-kameraların quraşdırılması prosesi yekunlaşıb. Seçki məntəqələrində veb-kameraların istiqamətini təmin etmək üçün xüsusi qrup çalışır. Veb-kameralar vasitəsilə yüz minlərlə baxış olur. Veb-kameralara olan baxışların təxminən 30 faizi ölkə hüdudlarından kənardadır. Kameralar heç bir halda səsvermə kabinələrinə yönələ bilməz".

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. 

Onun sözlərinə görə, əvvəlki seçkilərdə yayılan görüntülərin incələnməsi ilə məlum olub ki, bu cür quraşdırılan kameralar səsvermə keçirilən müəssisələrin təhlükəsizlik kameraları imiş.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO