“Qardaşım Balaşı yuxumda görəndə xeyrə yozuram. Dünyasını dəyişən insanı yuxuda görəndə ya şad xəbər olur, ya da ruzi, bərəkət gəlir. Qardaşım vəfat etməzdən sonra çox şeylər yuxularda agah olunub. Onu yuxularımda qucaqlamışam. Rayona getmişdim, çox gəmli idim. Səhərə yaxın yuxuma girdi. Elə bil ki, yuxu deyildi, həyat idi. Ondan sonra ayıldım, yaşamaq üçün mənə daha da güc gəldi. Hiss edirdim ki, o yanımdadır. Darıxanda... Elə yaşayıram ki, sanki Balaş harasa gedib (ağlayır)”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
3 il əvvəl beyin xərçəngi diaqnozundan dünyasını dəyişən stilist qardaşı Balaşdan söz açan sənətçi onunla bağlı xatirələrini bölüşərək, göz yaşlarına qərq olub:
“Allah rəhmət eləsin. Hərdən düşünüb, özüm-özümə deyirəm ki, Balaş rəhmətə gedib. Təzə-təzə onun ölümünü çox pis keçirdim. Bəzi problemlər oldu, həm mənim, həm də bacımın səhhətimdə. Valideynlərimi gözümün önünə gətirib dedim ki, güc toplamaq lazımdır. Balaş hər zaman xatirəmizdədir. Mən gizlincə ağlayıram. Bunu heç kimin yanında etmirəm. Amma ən çox ağlayan anamdır. Anaların göz yaşı qurumur. Allah heç bir anaya övlad dağı yaşatmasın. Amma bu hadisə həyatımın bir parçasıdır”.
Qeyd edək ki, mərhum stilist Balaşın iki əkiz qız övladı var
Rəşad Əliyev, Bizim.Media