Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın S-400-lərlə bağlı narahatlığını aradan qaldıracağı təqdirdə Türkiyənin yenidən F-35 proqramına qoşulmasının mümkün olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Kirbi bu barədə gündəlik mətbuat brifinqində F-35-lərlə bağlı sualı cavablandırarkən deyib.
Kirbi Türkiyəyə F-16 satdıqdan sonra bu ölkənin F-35 proqramına qayıda biləcəyi sualına cavab verərkən deyib ki, hazırda bu mövzuda heç bir dəyişiklik yoxdur: “Bu mövzuda danışıqlarımız davam edir. Türkiyə bu mövzuda narahatlıqlarımızı aradan qaldıra bilsə, o zaman F-35 proqramındakı iştirakı bərpa edilə bilər”.
Türkiyədə danışıqlar aparan ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:10 / 01.02.2024
Ağ Ev F-35 qırıcıları ilə bağlı Türkiyəyə bir daha ŞƏRTİNİ AÇIQLADI
Hazırda oxunan: Ağ Ev F-35 qırıcıları ilə bağlı Türkiyəyə bir daha ŞƏRTİNİ AÇIQLADI
Hazırda oxunan: Ağ Ev F-35 qırıcıları ilə bağlı Türkiyəyə bir daha ŞƏRTİNİ AÇIQLADI
176031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.