Zaur Kamal Azərbaycan izləyicisini təhqir edir! - VİDEO

Zaur Kamal Azərbaycan izləyicisini təhqir edir! - VİDEO

Hazırda oxunan: Zaur Kamal Azərbaycan izləyicisini təhqir edir! - VİDEO

17600

Bir müddət əvvəl ARB TV-də aparıcı Zaur Kamalın verilişində xoşagəlməz bəzi olaylar yaşanıb. Onun verilişlərində bu, adi hal hesab edilir, lakin indi baş verənlər tamamilə fərqli tərzdədir. Belə ki, o, öz verilişinə qonaq kimi dəyərli sənətkarımız, Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimovanı dəvət edib.

Görkəmli incəsənət xadimi Flora Kərimovaya yeni müğənnilərin fərqli şəkillərini göstərən Zaur Xalq artistinin bu şəxsləri tanıyıb tanımadığını soruşub.

Nəticədə Flora xanıma efirdə çətin anlar yaşatmağa cəhd göstərən Zaur Kamal dəyərli Xalq artistinə qarşı atmacalar atmaqdan da çəkinməyib.

Təəssüflər olsun ki, bu cür davranış Zaur Kamalın ənənəvi vərdişinə çevrilib. Hər dəfə onun adı keyfiyyətli məzmunlu proqramlarla yox, məhz mənasız və qalmaqalla yadda qalan işlərdə hallanır. Aparıcısı olduğu verilişlərdə öz qeyri-etik davranışları, dəvət etdiyi qonaqları sıxışdırması, onların şəxsi həyatlarına müdaxilə etməsi, bəzən təhqirə keçməsi  ilə gündəmə gələn Zaur Kamal karyerasına yeni başlayan müğənniləri efirə çıxarmaqla onları cəmiyyətə təqdim etməyə çalışan bir şəxsdir.
 

Bu metodlarla gündəm yaratmağa və reytinq yığmağa çalışan aparıcı hətta qarşısındakı şəxsin kim olmasını da önəmsəmir. Öz gözündə Xalq artisti ilə adi həvəskar müğənnini qarışıq salan Zaur Kamal etdiklərinin nəticəsindən dərs çıxarmır.


Bir vaxtlar oxşar verilişləri ilə “Xəzər TV”yə başucalığı gətirməyən Zaur Kamal necə oldusa ARB TV-yə gəlib çıxıb. Keyfiyyətsiz yaradıcılıqla məşğul olan aparıcı burada da özünə yer tapa bilib. 

Onu da qeyd edək ki, Zaur Kamalın ARB TV-də yenidən gündəmə gəlməsi olduqca təəccübləndirici bir haldır.

ARB TV son dövrlərdə Azərbaycan televiziyasında keyfiyyətli verilişləri və aparıcılıq qabiliyyəti ilə seçilən heyəti ilə fərqlənən kanallardan hesab olunur. Lakin keyfiyyətli görülən işlərlə yanaşı kanalda Zaur Kamalın adının hallanması elə də xoş bir hal deyil və kanalın nüfuzuna birbaşa zərbədir.

“Qapıdan qovuruq, bacadan girir” el misalında olduğu kimi, Zaur Kamalı efirlərdən uzaqlaşdırmaq nəyə görəsə mümkün olmur. Onun efirə yaraşmayan davranışlarının və keyfiyyətsiz verilişlərinin cəmiyyətə bu günə qədər nə verdiyi isə müəmmalıdır.
 

Son verilişdə isə aparıcının milli azadlıq hərəkatının fəalı və ictimai xadim Flora Kərimovaya qarşı etdikləri artıq bardağı daşıran son damladır.


Həvəskar müğənnilər ilə gündəmə gələn bir TV aparıcısının Xalq artisti ilə efirdə bu cür davranışı yəqin ki, heç bir azərbaycanlıya xoş gəlməz.

Hələ ki, Flora xanımın Azərbaycan dinləyicisinin qəlbindəki yerini nəzərə aldığımızda Zaur Kamalın hərəkətlərini normal qəbul etmək olduqca çətinləşir. Çünki söhbət sadəcə bir müğənnidən getmir, Flora xanım Xalq artisi olmaqla yanaşı, həm də ictimai xadim kimi olduqca ciddi nüfuza malikdir.

O, BMT yanında Ümumdünya Sülh Federasiyasının sülh səfiri, Şəhid Anaları komitəsinin vitse-prezidentidir. Görünən odur ki, aparıcı Zaur Kamal bütün bunlardan xəbərsizdir və Flora xanımı verilişinə dəvət etdiyi digər şəxslərlə qarışıq salıb.

Haradan gəldiyi və hara getdiyi bilinməyən bir aparıcıya bu imkanın verilməsi, onun 10 milyonluq Azərbaycan izləyicisinin qarşısına çıxarılması isə yolverilməzdir.

Ola bilsin ki, Zaur Kamal nə etdiyinin fərqində deyil. Bəs, ətrafdakı insanlar, onun yaxınları?

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO