Bu gün Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası keçirilir.
Bizim.Media AzTV-yə istinadən xəbər verir ki, Ermənistanla sərhəddə baş tutan görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edir.
MÖVZU İLƏ BAĞLI:
Şahin Mustafayev bu gün erməni həmkarı ilə GÖRÜŞƏCƏK
Görüşdə üç rayonun mina xəritələrinin Azərbaycana təhvil verilməsi planlaşdırılıb.
Həmçinin sülh müqaviləsi üzrə işlərin daha da sürətləndirilməsi istiqamətində müzakirələr aparılır.
Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan əvvəlki görüş ötən ilin noyabrın 30-da sərhəddə baş tutub.
Bizim.Media