Salyanda qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı

Salyanda qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı

Hazırda oxunan: Salyanda qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı

17579

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi aktiv koronavirus xəstələrinin özünütəcrid qaydalarına əməl etməməsi hallarına rast gəlinməkdədir.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bələ ki, rayonun Aşağı Kürkənd sakini Əli Ağayev koronavirus xəstəsi olduğu və ona yaşayış yerini tərk etməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, buna məhəl qoymayıb.

Ə.Ağayev rayon ərazisində qayınatısının yasına gedərək sanitar-karantin qaydalarını pozub.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb. Tibbi prosedurlar gözlənilməklə Ə.Ağayev yaşayış yerinə qaytarılıb.

Onun barəsində qanuni tədbir görülüb. Həmçinin yas mərasimi keçirən Ə.Ağayevin qohumu olan 4 nəfər barəsində də inzibati protokollar tərtib edilib.

Onlar 200 manat məbləğində cərimələniblər.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO