Qərb Paşinyanın yerinə bu şəxsi gətirir? - DETALLAR

Qərb Paşinyanın yerinə bu şəxsi gətirir? - DETALLAR

Hazırda oxunan: Qərb Paşinyanın yerinə bu şəxsi gətirir? - DETALLAR

175728

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvləri arasında münasibətlər gərgin inamsızlıq mərhələsinə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Hraparak” saytında yer alıb.

Mənbə yazır ki, partiyanın qərbyönlü silahdaşına (Armen Qriqoryan nəzərdə tutulur) qarşı daha isti münasibəti yoxdur, çünki o, komandadan ayrılaraq ön plana çıxıb.

Ekspertlərin fikrincə, Qarabağ mənşəli olduğunu inkar edən Armen Qriqoryan Qərb tərəfindən seçilib və hətta Nikol Paşinyanın varisi hesab edilib:

"Əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, müqavilə imzalamasa və Rusiyaya qarşı dəqiq siyasət yürütməsə, o zaman onun planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək Qriqoryanla əvəzlənməsi mümkündür".

Alınan son məlumata görə, hakim partiyanın partiyadaxili müzakirələrində deyilir ki, Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, indi o, Armen Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO