Xalq artisti Nisə Qasımova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, 69 yaşlı sənətkar qonaq olduğu “Dəyişən cavab” verilişində karyerası boyunca həmkarlarından aldığı zərbələrdən söz açıb.
Qasımova bildirib ki, bu sənəti seçdiyinə görə peşmandır:
“Keçmişə qayıtmaq şansım olsaydı, bu sənətə gəlməzdim, müğənni olmazdım. Müğənni olduğuma görə kürəyimdən, ürəyimdən “vurulmuşam”. Allahım şahiddir ki, bütün vücudumda iliklərimə qədər o yaralar, izlər getmir. Gücüm də ondan ibarətdir ki, insan döyülər də, söyülər də, onu alçaldıb, ucaldarlar da... Sən o içindəki “səni” niyə aşağı salıb, aşağılayırsan? Axı, sən güclüsən...”
Rəşad Əliyev, Bizim.Media