İtaliyanın "Milan" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, A Seriyası təmsilçisinin əsas hədəfi "Əl-Əhli"də çıxış edən Merih Demiraldır. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Milan" 25 yaşlı mərkəz müdafiəçisini satınalma opsiyonu ilə icarəyə götürməyi planlaşdırır. İtaliya nəhəngi türk futbolçu üçün yaxın günlərdə Səudiyyə Ərəbistanı klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Əl-Əhli" Merih Demiralı mövsümün əvvəlində "Atalanta"dan 18 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü Asiya təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
Dünya
00:11 / 30.01.2024
«Milan” türkiyəli müdafiəçini transfer etmək istəyir
Hazırda oxunan: «Milan” türkiyəli müdafiəçini transfer etmək istəyir
Hazırda oxunan: «Milan” türkiyəli müdafiəçini transfer etmək istəyir
175697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.