ABŞ-ın İordaniyadakı hərbi bazasına HÜCUM EDİLDİ - Pentaqon İrandan şübhələnir

ABŞ-ın İordaniyadakı hərbi bazasına HÜCUM EDİLDİ - Pentaqon İrandan şübhələnir

Hazırda oxunan: ABŞ-ın İordaniyadakı hərbi bazasına HÜCUM EDİLDİ - Pentaqon İrandan şübhələnir

175691

ABŞ-ın İordaniyadakı hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə WSJ rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusu düşmən PUA-sını özününkü ilə səhv saldığından, hücumun qarşısını ala bilməyib. Belə ki, hücum ABŞ PUA-sı bazaya qaytarılarkən baş verib.
Hücum nəticəsində üç ABŞ hərbçisi həlak olub. Xəsarət alanların sayı isə 40 nəfəri keçib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder qeyd edib ki, Pentaqon hücumun İran tərəfindən təşkil edildiyini düşünsə də, buna dair sübutlar hələ ki, tapılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO