Brilliant həmkarlarına SÖZ ATDI: “Tamaşaçılar arasına getməyi məndən öyrəniblər” – VİDEO 

Brilliant həmkarlarına SÖZ ATDI: “Tamaşaçılar arasına getməyi məndən öyrəniblər” – VİDEO 

Hazırda oxunan: Brilliant həmkarlarına SÖZ ATDI: “Tamaşaçılar arasına getməyi məndən öyrəniblər” – VİDEO 

175637

Xalq artisti Brilliant Dadaşova növbəti açıqlaması ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, sənətçi “Sözbaz” maqazin verilişinə müsahibəsində həmkarlarına söz atıb. 

Dadaşova bildirib ki, həmkarları zalda tamaşaçılar arasına getməyi ondan öyrəniblər: 

“Flora Kərimova, Zeynəb Xanlarova, Şövkət Ələkbərovadan sonra 20 il boşluq idi. O dühalardan sonra birinci mən çıxdım. Səhnədə tamaşaçılara “canımsan”, “ürəyimsən” deməyi məndən öyrəndilər. Tamaşaçıların arasına zala getməyi öyrəndilər. Rejissorlar zala getmək olmaz desələr də, mən 30-cu sıraya qədər getmişəm. Bunu birinci mən etmişəm. Bunları məndən sonrakı şou-biznes əhlinə mən öyrətmişəm. Öyrəndiklərini danmasınlar”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO