Quba şəhərinə yenidən qar yağdı

Quba şəhərinə yenidən qar yağdı

Hazırda oxunan: Quba şəhərinə yenidən qar yağdı

175452

Quba şəhərinə yenidən 1 sm qar yağıb.

Quba ərazi hidrometereologiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, Qubanın Qrız kəndində bu gecə və səhər 11 dərəcə  şaxta qeydə alınıb.

Bu kənddə qarın hündürlüyü 7 sm təşkil edir.

Ümumiyyətlə, yanvar ayının  havası da insanları təəccübləndirir. Yağan qarı  günəşli hava dərhal əridir. Təbiətin ağ yorğanı deyilən qarın əriməsi yerli fermerləri də narahat edir.
Qubalı fermer İldırım Məmmədov deyir ki, havanın qeyri-sabit keçməsi, qarın dərhal əriməsi qlobal istiləşmənin nəticəsidir.

“Təbii ki, bu, taxıl zəmilərinə ziyan verməsə də xeyir də vermir. Əgər qar yağandan sonra  stabil yerdə dayanarsa, taxıl zəmilərini yaz aylarında bürüyən zərərverici həşəratları da məhv edər"- deyə o vurğulayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO