Azərbaycanlı məşqçi beynəlxalq mükafata layiq görüldü - FOTO

Azərbaycanlı məşqçi beynəlxalq mükafata layiq görüldü - FOTO

Hazırda oxunan: Azərbaycanlı məşqçi beynəlxalq mükafata layiq görüldü - FOTO

175410

Beynəlxalq Şahmat Federasiyası – FIDE 2023-cü ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb.

Bizim.Media xəbər verir ki, FIDE-nin rəsmi saytında yayılan məlumata əsasən beynəlxalq qrossmeyster, əməkdar məşqçi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.

Qeyd edək ki, C.Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və beynəlxalq ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 
2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO