Zidan millidə işləmək təklifini RƏDD ETDİ

Zidan millidə işləmək təklifini RƏDD ETDİ

Hazırda oxunan: Zidan millidə işləmək təklifini RƏDD ETDİ

175286

Zinəddin Zidan Əlcəzair Futbol Federasiyasının (FAF) ölkənin millisini çalışdırmaq təklifini rədd edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. 

Bildirilib ki, fransalı mütəxəssis qurumun ona göstərdiyi maraqdan məmnun olsa da, sonda təklifdən imtina etmək qərarına gəlib.
Xatırladaq ki,  yanvarın 24-də Əlcəzair Futbol Federasiyasının prezidenti Valid Sadi komandanın Afrika Millətlər Kubokunda uğursuz çıxışına görə baş məşqçi Camel Belmadinin vəzifəsindən azad edildiyini açıqlamışdı.  Əlcəzair Anqola, Burkina Faso və Mavritaniyanın yer aldığı D qrupunda sonuncu yeri tutub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO