Azərbaycan və Türkiyə arasında Orta Dəhlizin inkişafı MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycan və Türkiyə arasında Orta Dəhlizin inkişafı MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında Orta Dəhlizin inkişafı MÜZAKİRƏ EDİLDİ - FOTO

175110

Türkiyədə işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov 25 yanvar tarixində bir sıra ikitərəfli görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, ilk olaraq Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (TCDD) direktoru və İdarə Heyətinin sədri Hasan Pezukla baş tutmuş görüş zamanı iki ölkə arasında dəmir yolu sahəsində mövcud əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən Qars-Naxçıvan dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə təkmilləşdirmə işləri ilə bağlı müzakirələr aparılıb.

Həmçinin iki ölkənin dəmiryol qurumları arasında təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.

Daha sonra ADY sədri “TCDD Taşımacılık” şirkətinin direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, beynəlxalq yük daşımaları sahəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək planlar, eləcə də Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparılıb.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO