"Delimitasiyadan sonra suveren ərazimiz bəlli olacaq" - Rəsmi İrəvandan AÇIQLAMA

Hazırda oxunan: "Delimitasiyadan sonra suveren ərazimiz bəlli olacaq" - Rəsmi İrəvandan AÇIQLAMA

175059

Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasından sonra Ermənistan öz suveren ərazisi haqqında məlumat əldə edəcək.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan məlumat verib.

Jurnalistlər Tovmasyana Nikol Paşinyanın "Ermənistanın “kadastr şəhadətnaməsi” yoxdur" sözlərini xatırladıb. 

"Baş nazirin bəyanatı sərhədlərin delimitasiya edilməməsi ilə bağlı idi"-  Mövzuya Komitə rəhbəri belə cavab verib.- "Sərhədlərin delimitasiyası və demarkasiyasının əsas aspekti hüquqi qiymətdir. Yalnız hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesində hansı xəritələrdən istifadə olunacağını söyləmək mümkün olacaq".
Qeyd edək ki, ötən ilin yazında Paşinyan parlamnetdə bəyan etmişdi ki, Ermənistan vətəndaşları 30 ildir ki,  “kadastr şəhadətnaməsi” olmayan ərazidə yaşayır.

Xatırladaq ki, Baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi delimitasiya və demarkasiya komissiyasının işində onun iki müavini iştirak edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO