“Xəzri”dən inamlı qələbə - FOTO  

“Xəzri”dən inamlı qələbə - FOTO  

Hazırda oxunan: “Xəzri”dən inamlı qələbə - FOTO  

175011

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci turun iki oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Xəzri" və "Cəlilabad" klubları üz-üzə gəliblər. 

Bu görüşdə "Xəzri" rəqibi üzərində 100-81 hesablı rahat qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 9 asist), "Cəlilabad" (Camani Pirs - 21 xal, 5 ribaund)
Günün ikinci oyununda çempionatın vahid lideri "Sabah",pley-off zonasında qərarlaşmış "Xırdalan" klubu ilə qarşılaşıb. Əlavə vaxta gedən gərgin oyunun yekununda 107-103 hesabı ilə qələbə qazanan tərəf "Xırdalan" olub.

Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 12 ribaund), "Xırdalan" (Cessi Qi - 32 xal, 7 asist).



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO