İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfəri çərçivəsində Prezident Külliyesində ölkə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bizim.Media ölkə KİV-nə istinadən xəbər verir ki, görüş sonrası iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısından sonra müxtəlif müqavilələrin imzalanma mərasimi keçirilib.
Ərdoğanla Rəisinin iştirakı ilə Türkiyə və İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:37 / 25.01.2024
Ərdoğanla Rəisi arasında 10 müqavilə İMZALANDI
Hazırda oxunan: Ərdoğanla Rəisi arasında 10 müqavilə İMZALANDI
Hazırda oxunan: Ərdoğanla Rəisi arasında 10 müqavilə İMZALANDI
174980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.